Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan da təmsil olunacaq

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan da təmsil olunacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün yanvarın 10-da Nyu -York şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, nazir E.Məmmədyarovun yanvarın 11-də Cənubi Afrika Respublikasının (CAR) xarici işlər nazirinin sədrliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının brifinqində və yanvarın 12-də isə CAR-ın Prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında aparılacaq müzakirələrdə iştirakı və çıxışları nəzərdə tutulub.

Səfər çərçivəsində E.Məmmədyarov bir sıra ikitərəfli görüşlər də keçirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə