Ötən il 35 yol polisi işdən çıxarılıb

Ötən il 35 yol polisi işdən çıxarılıb

2011-ci il ərzində Azərbaycanda korrupsiya hüquqpozması ilə bağlı 35 yol polisi daxil işlər orqanlarından xaric olunub. DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2011-ci il ərzində korrupsiya hüquqpozması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə 46 fakt aşkar olunub ki, bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb.

Aşkar olunan faktların 43-ü dövlət yol polisi xətti üzrə olub ki, bu faktlar üzrə də 60 əməkdaş barəsində tədbirlər görülüb, o cümlədən 35 əməkdaş daxil işlər orqanlarından xaric olunub, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 əməkdaş barəsində isə intizam tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə