Kamal Kılıçdaroğlu deputat toxunulmazlığından imtina edib

Kamal Kılıçdaroğlu deputat toxunulmazlığından imtina edib

CHP lideri Kamal Kılıçdaroğlu və CHP-dən olan millət vəkilləri deputat toxunulmazlıqlarından imtina ediblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, toxunulmazlığından imtina etməsi ilə bağlı sənədin hazırlandığını deyən Ana müxalifətin lideri bildirib ki, partiyanın iclasından sonra müvafiq sənəd Baş Assambleyaya göndəriləcək: "Mənim toxunulmazlığa ehtiyacım yoxdur, ərizə də buradadır. İclasdan sonra şəxsən özüm Baş Assambleyaya göndərəcəm. Xalq naminə yola çıxanların qorxması mümkün deyil".

CHP lideri daha sonra iqtidarın ünvanına kəskin bəyanatlar səsləndirib: "Bu oyunun haralarda qurulduğunu çox yaxşı bilirəm. Sizin səlahiyyətli məhkəmələrinizdən, prokurorlarınızdan da qorxmuram. Məni həbsə atsanız, dar ağacına da göndərsəniz belə bildiklərimi söyləyəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə