Politoloq: “Rəsmi Paris qondarma “soyqırımı”nı Ankaraya qarşı təsir mexanizmi kimi istifadə edir” - MÜNASİBƏT

Politoloq: “Rəsmi Paris qondarma “soyqırımı”nı Ankaraya qarşı təsir mexanizmi kimi istifadə edir” - MÜNASİBƏT

\"Fransa Senatına qondarma \"erməni soyqırımı\"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin çıxarılması Nikola Sarkozinin növbəti dəfə prezident seçilməsinə ünvanlanıb\". Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında bildirib ki, əslində məsələnin tam mahiyyəti başqadır. Belə ki, rəsmi Paris Ankaraya qarşı "soyqırım"ı təsir mexanizmi kimi istifadə edir.

Bu isə Türkiyənin regionda inkişaf edən nüfuzuna təsir etmək məqsədi güdür: "Böyük dövlətlər hər zaman hətta öz müttəfiqlərinə qarşı təsir etmək üçün müəyyən vasitələrə, mexanizmlərlə malik olmaq istəyirlər. Müqayisə üçün ABŞ və Türkiyə münasibətləri. Türkiyə müttəfiq olsa belə rəsmi Vaşınqton qondarma "soyqırımı", yalançı Kürd problemini əlində təzyiq vasitəsi kimi saxlayır. Türkiyə Yaxın və Orta Şərqin fövqəldövlətinə çevrilməkdədir. Sadəcə Türkiyənin nüvə silahı yoxdur. Bu nöqteyi-nəzərdən Fransa rəhbəriliyi anlayır ki, Türkiyənin son dərəcədə güclənməsi özünün marağı olduğu Yaxın və Orta Şərqdə planlarını gerçəkləşdirməsinə birbaşa çəpər ola bilər. Bu təqdirdə rəsmi Paris Türkiyəni bu cür addımlarla sıxışdırmağa başlayıb".

Qanunun qəbul olunması, eyni zamanda, NATO-ya, alyansın birliyinə, möhkəmliyinə çox ciddi zərbə endirəcək. NATO-nun mühüm üzvləri olan Türkiyə ilə Fransa arasında münasibətlərin pisləşməsi alyansın özü üçün problemlər yaradacaq. Elman Nəsirlinin sözlərinə görə, Türkiyə hər il ordusunun istifadə etdiyi silah-sursatın 79 faizini inkişaf etmiş ölkələrdən, o cümlədən ABŞ və Fransadan alır. Belə bir addımın atılması nəticə etibarilə Fransanın hərbi-sənaye kompleksi üçün böyük başağrısına gətirib çıxara bilər.

Politoloq həmçinin hesab edir ki, Fransa bu addımı atacağı təqdirdə ATƏT-in Minsk Qrupunun həmsədri olaraq vasitəçilik missiyasına böyük kölgə salacaq. Azərbaycan dövləti erməniləri bu qədər müdafiə edən, hətta olmayan bir hadisəyə görə insanları, xüsusən türkləri və türk dünyasını cəzalandırmaq istəyən bir dövlətin həmsədr olması məsələsinə də yenidən baxa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə