Dahi fizik: "Bəşəriyyətin gələcəyi planetlərarası səyahətə bağlıdır"
Dünyanın ən məşhur fiziklərindən biri,"dahi" adlandırılan ingilis alimi Stefen Havkinq dünyanın sonundan danışıb. "Kainatın vəziyyəti" adlı konfransa internetlə qatılan məşhur fizik "bəşəriyyətin gələcəyinin planetlərarası səyahətə bağlı olduğunu" deyib.
"Aşağı - ayaqlarınızın altına yox, başınızın üstündəki səmaya baxmağa çalışın. Yaşadığımız bu planetdən kənara çıxmağı bacarmasaq, növbəti 1000 ildə həyatda qala biləcəyimizi düşünmürəm".
Qeyd edək ki, dünyanın ən tanınmış alimlərindən olan Stefen Havkinq 21 yaşında müalicəsi olmayan Amyotrofik lateral skleroz (ALS) xəstəliyinə tutulub. Bu xəstəlik sinir sistemini iflas etdirsə də, beynin zehni fəaliyyətinə toxunmur. 1985-ci ildən danışıq qailiyyətini itirən fizik əlil arabasına yerləşdirilən və yazıları səsə çevirə bilən xüsusi cihaz vasitəsilə insanlarla əlaqə yaradır.
S.Havkinq özəl texnologiya ilə təhciz edilmiş cihaz sayəsində boyun əzələləri ilə düşüncələrini kompüterə ötürə bilirdi. Ancaq son zamanlar o, boyun əzələlərinin çox zəiflədiyini, bunun üçün də artıq demək istədiklərini ötürməkdə çətinlik çəkdiyini deyib. İndi dahi fizikin beyin dalğaları və göz bəbəklərinin hərəkəti ilə danışa bilməsi üçün son texnologiyanın köməyi ilə xüsusi cihaz üzərində iş aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB