Ağ Evdə qərarları kim verir, Barak, yoxsa Mişel Obama? - FOTO

Ağ Evdə qərarları kim verir, Barak, yoxsa Mişel Obama? - FOTO

ABŞ-da gələn həftə satışa çıxarılacaq bir kitab aləmi bir-birinə vurub. Prezident Barak Obamanın xanımı Mişel Obamanın hansı statusa sahib olduğundan bəhs edən kitab Ağ Evin "qara mirvarisi"nin kefinə soğan doğraya bilər. SİA-nın verdiyi məlumata görə, New York Times-in müxbiri Jodi Kantorun \"The Obamas\" (Obamalar) adlı kitabı Mişelin Ağ Evin məsləhətçiləri ilə yaşadığı gərginliklər (və yaxud birinci xanımın ərinin məsləhətçilərinə yaşatdığı) barəsindədir. Məsələ bundadır ki, Sağlamlıq haqqında islahat kimi mövzularda dövlət başçısı məsləhətçilərin deyil, həyat yoldaşı Mişel Obamanın dediklərini reallaşdırıb.


Kantorun bildirdiyinə görə, kitabı yazarkən prezidentin Ağ Evdəki 30-dan çox məsləhətçisi ilə müzakirələr aparıb və onların fikirlərini öyrənib. Amma Obamalardan bu barədə münasibət öyrənmək mümkün olmayıb. Onlar hər dəfə şərh verməkdən imtina ediblər.


Kitabda bildirilir ki, birinci ledi ilə Ağ Evin xüsusi protokol müdiri Rahm Emanuel və Ağ Evin mətbuat katibi Robert Gibbs arasında daim gərginlik yaşanıb. Mişel Obama ilə Emanuel arasında davam edən bu çəkişmənin səbəbi də hökumətin Sağlamlıq haqqında sənədinin qəbulu məsələsinə birincinin müdaxiləsidir. Məhz birinci ledinin sənədə "veto" qoyması "dövlət başçısının yeni komandaya ehtiyacı var" fikrini reallaşdırdı.


Ağ Evin mətbuat katibi Robert Gibbs Nikola Sarkozinin ikinci xanımı Karla Bruni kimi Mişel Obamanın da "Ağ Evdə yaşamaq cəhənnəmdir" kəlməsinin yaratdığı gərginliyi azaltmaq üçün hansı çətinliklərlə üzləşdiyini gizlətməyib.


Hər halda kitabı əldə edib oxumaqla Ağ Evdə yaşananların nədən ibarət olduğu, birinci ledinin hökmranlığının həddi barədə obyektiv məlumat almaq olar.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri


\"\"

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə