İsveçin Azərbaycan və Türk diasporu Fransa səfirliyinə birgə etiraz məktubu göndərib

İsveçin Azərbaycan və Türk diasporu Fransa səfirliyinə birgə etiraz məktubu göndərib

İsveçin Azərbaycan və Türk diasporunun rəhbərləri Fransanın ermənipərəst siyasətinə birgə etiraz bildiriblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fransanın İsveçdəki səfirliyinə göndərilmiş etiraz məktubunu İsveç Azərbaycan Federsaiyasını sədri Səttar Sevigin və Atatürkçü Düşüncə Mərkəzinin rəhbəri Mustafa Sönmez imzalayıb.


Məktub müəllifləri Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsini təsdiqləməsini pisləyərək, bu addımın düşmənçilik və irqçiliyi gücləndirəcəyini vurğulayıblar.


Məlumata görə, daha 12 QHT-nin dəstəklədiyi etiraz məktubu ilə yanaşı, Kamran Gürün "Erməni dosyesi" kitabının ingilis dilindəki nüsxəsi də Fransanın İsveçdəki səfirliyinə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə