Rusiyanın hakim Partiyasından olan millət vəkili: \"Dağlıq Qarabağ münaqişəsinin donu açılır\"

Rusiyanın hakim Partiyasından olan millət vəkili: \"Dağlıq Qarabağ münaqişəsinin donu açılır\"

Dağlıq Qarabağ münaqişəsinin donu açılır. SİA-nın xəbərinə görə, bunu Rusiyanın hakim Partiyasından olan millət vəkili, publisist, və politoloq Sergey Markov "news.am"a müsahibəsində deyib: "Ötən il Cənubi Qafqaz üçün dinc keçib. Məhz bu zəmində Dağlıq Qarabağ münaqişəsi üçüncü bir istiqamətdə inkişaf edir. Bu donun açılması prosesidir. Münaqişənin yenidən alovlanması ehtimalı da yaranıb. Lakin, beynəlxalq ictimaiyyət münaqişəni tez sondürmək üçün əlindən gələni edəcək. Bununla belə, fəal hərbi əməliyyatların nə qədər davam edəcəyi, həmin dövrdə nə qədər insanın həlak olacağını proqnozlaşdırmaq indi çox çətindir".

Politoloq həmçinin ötən il təmas xəttində baş verən insidetnlrədə toxunub. Deputat hesab edir ki, təmas xəttində gərgənliyin artması münaqişə tərəflərinin fikir ayrılıqlarına əsaslanır: "Rəsmi Bakı güc balansını öz tərəfinə dəyişməyə nail olub, bununla belə, bu, heç bir fayda vermir. Nəticədə gərginlik artır".

Bütün xəbərlər Facebook səhifəmizdə