Astroloq: \"Dünyanın dağılacağı anı Allahdan başqa heç kim bilmir\"
Dünyada baş verən təbii fəlakətlər, sunamilər eranın dəyişməsi ilə əlaqədardır. Bunu SİA-ya açıqlamasında astroloq Səbuhi Rəhimli 2012-ci ildə dünaynın sonunu ilə bağlı səslənən fikrilərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dünyanın sonu barədə Qərbin siyasət dəllalları ortaya belə bir məsələ atıb ki, insanları daha çox təşvişdə saxlasınlar: Nastrodamusun kitabında yazılıb ki, 1999-cu ilin avqust ayında qara əjdaha göydən yerə enib bir şəhəri dağıdacaq. Bunu dünya müharibəsi, metior kimi adlandırdılar. 1999-cu ilin 11 avqustunda günəş tutulması kimi oldu və episentiri İstanbula düşdü. Bir neçə gündən sonra isə avqustun 17-də Türkiyədə çox dəhşətli zəlzələ oldu. Biz bir astroloq olaraq Nastrodamusu, Vanqanı, Edqar Keys və digərlərini izləyirik. Çox maraqlıdır ki, onların heç biri yazmadığı halda Qərb bütün bu dedikləri öz təsdiqini tapsın deyə onların adından istifadə edir. Hətta bir vaxtlar ABŞ-ın ən güclü öncə görəni elan etmişdir ki, Barak Obama 100-cü günü andiçmə mərasiminə qədər öldürüləcək. Hətta 2000-ci ildə belə bir vaxt da qoyulmuşdur ki, filan gün dünya dağılacaq. Bununla bağlı Avropada olan cahil insanlar belə özləri üçün qəbir qazmışdılar. Həmin deyilən saatlara az qalmış adi bir yağış yadı, şimşək çaxdı. Bu şimşəyin səsindən 4 minə yaxın insanın ürəyi dayanıb. Bu proqnozları daha çox mayalılar verir. Onların dairəvi oval şəkildə 4 daş kitabələri var. Bu kitabələrin birinin vaxtı artıq bitib. İndi ikincinin son tarixində yazılıb ki, 21 dekabi 2012-ci li bu gün planetlərin paradı olacaq. Lakin 3 və 4 kitab barədə danışan yoxdur. Əsas onu qeyd edim ki, 3-cü kitab 4840-cı ildə bitir".
S.Rəhimli 2012-ci ildə dünyanın dağılacağı ilə bağlı deyilənləri absurd hesab edib. O qeyd edib ki, dünyanın dağılacağı anı Allahdan başqa heç kim bilmir: "Fikrimi bir hədislə tamamlayım ki, peyğənbər həzrətləri (s.ə.s) deyib ki, qiyamətə 100 il qalmış yer üzündə bir nəfər də olsun ibadətlə məşğul olan olmayacaq. Bu gün isə dinə, ibadətə gələnlərin sayı günü-gündən artır. Dünyanın sonun gəldiyini mən təkzib edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB