İstirahət günlərində yağış yağacaq

İstirahət günlərində yağış yağacaq

İstirahət günlərində ölkə ərazisində əsasən yağmursuz, dəyişkən, buludlu hava şəraiti proqnozlaşdırılır. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən, buludlu əsasən yağmursuz hava şəraiti hökm sürəcək

Səhər və axşam bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək. Gecə 3-5 dərəcə, gündüz 7-12 dərəcə isti müşahidə olunacaq. Yanvarın 8-də paytaxtda buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Səhər duman çiskin, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Temperatur göstəricilərinə gəlincə, gecə 3-6 dərəcə, 6-10 dərəcə isti gözlənilir. Rayonlarda yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlədə duman olacaq, mülayim qərb küləyi əsəcək. Mərkəzi Aranda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda və dağətəyi rayonlarda gecə 3-8 şaxta, gündüz 4-9 dərəcə isti müşahidə olunacaq. Yanvarın 8-də bölgələrdə yağmursuz, gecə və səhər bəzi yerlərdə duman proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə