Qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin Fransa Senatında müzakirə olunacağı tarix açıqlanıb
Fransa Senatı parlamentin aşağı palatası tərəfindən qəbul edilmiş "erməni soyqırımı"nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini yanvarın 24-də müzakirəyə çıxaracaq. SİA-nın məlumatına görə, bu barədə Ermənistanın "News.am" xəbər saytı Parisdəki mənbələrinə istinadən məlumat yayıb.Xatırladaq ki, Fransa Milli Assambleyası ötən il dekabrın 22-də "erməni soyqırmı"nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu addım Türkiyə ilə Fransa arasında gərginliyə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB