Aleksandr Xramçixin: “Dağlıq Qarabağda müharibənin başlama ehtimalı 99.99 faizdir\"
"Cənubi Qafqaz üçün 2011-ci ildə ən yadda qalan hadisə Rusiya və Ermənistan arasında Gümrüdəki rus hərbi bazasının qalma müddəti haqqında protokolun imzalanması oldu". SİA-nın xəbərinə görə, bunu Rusiyanın Siyasi və Hərbi Araşdırmalar İnstitutunun başçısı Aleksandr Xramçixin deyib. Onun sözlərinə görə, regionda vacib və əhəmiyyətli hadisələr yaxın gələcəkdə gözlənir: "Dağlıq Qarabağda müharibənin başlama ehtimalı 99.99 faizdir. Bu il bunu gözləmək olar. Çünki münaqişənin nizamlanması möcüzəyə bənzəyir".
Türkiyə- Ermənistan münasibətlərin normallaşmasına gəlincə ekspert hesab edir ki, cari ildə ciddi irəliləyiş əldə olunmayacaq: "Ötən il bu istiqamətdə bir millimetr tərəqqi əldə edilməyib. Vəziyyət 2012-də eyni qalacaq. Türkiyənin yeni geosiyasi rolu Ermənistan ilə barışığı güman etmir, çünki münasibətlərin normallaşması rəsmi Ankaraya heç nə vəd etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB