7 saat müddətində prokurorluqda ifadəsi alındıqdan sonra növbətçi 12-ci ağır cəza məhkəməsinə çıxarılan Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ jurnalistlərə açıqlama verib. "Bu cinayəti rədd edirəm və bu iddia qüruruma toxunur. Mən Türkiyə Cümhuriyyətinin 26-cı Baş Qərargah rəisiyəm. belə bir terror təşkilatına üzv olmaqla bağlı günahlandırma tragik-komik bir vəziyyətdir. Dəyərləndirməni Türk millətinə buraxıram",- deyən Başbuğ Silivri həbsxanasına göndərildi.
SİA-nın məlumatına görə, prokuror tərəfindən ifadəsi alınan zaman Başbuğdan "kağız parçası" və "boru" açıqlamaları ilə bağlı ifadəsinin də alındığı bildirilib. Başbuğ bu suallara belə cavab verib: "Mən Türk Silahlı Qüvvələrinin rəhbəri idim. Bu açıqlamalarım xoş niyyətli açıqlamalardır. Başqa bir niyyətim yoxdur. Rəhbər olaraq TSQ-yə mənəvi dəstək vermək niyyəti ilə edilmiş açıqlamalardır".
Terror təşkilatı qurmaq və idarə etməkdə günahlandırılan Başbuğ bildirib ki, bundan daha böyük bir cəza düşünə bilmir: "Qərar məhkəmənindir. Biz gəlib gedəsiyik, ancaq siz tarixə düşəcəksiniz".
Xatırladaq ki, İlkər Başbuğ dövlət çevrilişi etmək planını hazırlamaqda və dövlət qurumlarının öz vəzifələrini icra etməyə əngəl törətməkdə şübhəli bilinərək həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB