Müdafiə Sənayesi Nazirliyi (MSN) cari ildə bir sıra böyük layihələr həyata keçirməyi planlaşdırır. SİA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, 2012-ci ildə qarşıda duran əsas prioritet məsələlər ən vacib layihələrin həyata keçirilməsidir. Layihələr əsasən barıt, trotil istehsal edən zavodların tikintisi, müxtəlif çaplı raket və artilleriya mərmilərinin gövdələrinin istehsalı, tank əleyhinə raket buraxılışı komplekslərinin yığım sahəsinin inşası və sairdir.
Y. Camalov MSN-in dünyanın inkişaf etmiş ölkələrinin 60-dan çox şirkəti və firması ilə əməkdaşlıq etdiyini də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB