Rəsmi Bakı Dağlıq Qarabağ problemi haqqında danışmaq üçün platforma qazanacaq, amma Təhlükəsizlik Şurasının hər hansı xüsusi tədbir görməsi, üçünb Minsk qrupu üzvləri olan - Rusiya, Fransa və ABŞ - 5 daimi üzvdən asılı olacaq. SİA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə,bu sözləri müharibə illərində Azərbaycanla Ermnistan arasında vasitəçilik etmiş keçmiş İsveç xarici işlər naziri Jan Eliasson deyib. Onun sözlərinə görə,2012-ci il yanvarın 1-də Azərbaycan, Sovet İttifaqı dağılandan və müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv yerini tutmaqlabeynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ məsələsinə çəkmək imkanı var.
Jan Eliassonu qeyd edib ki, Şuraya üzvlük ölkənin dünyada təsir imkanlarını artırır, çünki qurum, müharibə və sülh məsələlərilə məşğul olur və onun qərarları öhdəlikdir: "Şurada əsas qərarlar yalnız beş daimi üzvün - ABŞ, Britaniya, Fransa, Rusiya, Çin - hamısının müdafiəsi olduğu zaman verilir.Azərbaycan Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxara bilər, amma məsələ daimi üzvlərin Azərbaycanın arqumentlərini nə dərəcədə qəbul edəcəyinə bağlıdır.Bu gün Dağlıq Qarabağın sülh prosesi üzərində böyük təsirə malik olan ölkələr Rusiya, Fransa və ABŞ-dır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB