Yeni il şənlikləri ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yeni il şənlikləri ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Yol Polisi əhaliyə müraciət edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Dənizkənarı Milli Parkda keçiriləcək bayram şənliklərində iştirak etmək istəyənlər Azneft dairəsi – Neftçilər prospekti boyunca hər iki istiqamətdə ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.

BDYPİ sürücülərdən xahiş edir ki, bu istiqamətdə nəqliyyat sıxlığının və tıxacların yaranmaması, yol qəza hadisələrinin baş verməməsi və hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün idarənin müraciətini nəzərə alsınlar.

Bölmə rəisi bayram günlərində əhalidən şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.



Bütün xəbərlər Facebook səhifəmizdə