Respublika Çağırış Komissiyasının tərkibi təsdiqləndi

Respublika Çağırış Komissiyasının tərkibi təsdiqləndi

Nazirlər Kabineti Azərbaycan Respublikası vətəndaşlarının 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında qərar verib. Nazirlər Kabinetinin rəsmi saytına istinadən verilən məlumata görə, 2012-ci il yanvarın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi müəyyənləşib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etməlidir. Qərarda Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasına Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirilməyi təmin etmək tapşırılır.


Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməlidirlər.

2012-ci il yanvarın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının


TƏRKİBİ


Komissiyanın sədri


Ramiz Məmmədov - Azərbaycan Respublikası hərbi komissarının müavini


Komissiya sədrinin müavini


Məhəmməd Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini


Komissiyanın üzvləri:

Oruc Zalov - daxili işlər nazirinin müavini

Abbas Vəlibəyov - səhiyyə nazirinin müavini

Toğrul Musayev - ədliyyə nazirinin müavini

Aqil Dadaşov - AHİK sədrinin müavini (razılaşdırılıb)

Siyavuş Novruzov - Milli Məclisin deputatı (razılaşdırılıb)

Bütün xəbərlər Facebook səhifəmizdə