Rusiya XİN: “Gürcüstanda azərbaycanlıların cəm halında yaşadığı bölgələrdə gürcü anklavları yaradılır”
Gürcüstanda azərbaycanlıların cəm halında yaşadığı bölgələrdə gürcü anklavları yaradılır. SİA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin hesabatında yer alıb.
Hesabatda deyilir: "Gürcüstanda etnik azərbaycanlıların ümumi sayı təxminən 300 mindir. Bu isə ölkə əhalisinin 7 faizini təşkil edir. Eyni zamanda Kvemo-Kartli regionunda orta məktəblərdə Azərbaycan bölmələri planlı şəkildə ixtisar olunur, dövlət işlərinə qəbul zamanı isə gürcü millətindən olan şəxslərə üstünlük verilir. Gürcüstan hakimiyyətinin bu hərəkətləri şübhəsiz ki, yerli əhalinin milli hisslərinə toxunur və bunun nəticəsi kimi azərbaycanlıların qonşu Azərbaycana köçü kütləvi xarakter alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB