Prezident Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda olub
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olublar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.
Səhiyyə naziri Oqtay Şirəliyev prezident İlham Əliyevə məlumat verib ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Azərbaycanda və qonşu ölkələrdə işləyən həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac yaranması zərurətindən 1935-ci ilin noyabrında yaradılmışdır. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiyanın bir sıra alimləri də yaxından iştirak ediblər.
Bildirilib ki, bu institutun tarixinin bir çox şanlı səhifələri akademik Əziz Əliyevin adı ilə bağlıdır. Akademik Əziz Əliyev 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi səmərəli fəaliyyət göstərib. 1962-ci il sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə instituta akademik Əziz Əliyevin adı verilib.
İnstitut yarandığı ilk gündən respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssisləri hazırlayıb. Hazırda institutun əməkdaşlarının sayı 427 nəfərdir. Burada rektorluq, dekanlıqlar, kafedralarla bərabər, 130 çarpayılıq cərrahiyyə klinikası, elmi-tədris, tədris-metodiki şöbələr, elmi-tədqiqat laboratoriyası, elmi kitabxana və yataqxana fəaliyyət göstərir. Binanın əsaslı təmirinə 2010-cu ildən başlanmışdır. Əsaslı təmirdən sonra institutda yüksək standartlara cavab verən iş şəraiti yaradılıb.
Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev institutun kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB