Cümşüd Nuriyev: \"Vaxtilə Əli İnsanov və Fərhad Əliyevi təhqir edən müxalifət indi onların carçısına çevrilib\" -MÜSAHİBƏ (Səs TV)
Dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 92 məhkumun əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 75 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilib. Lakin dövlət başçısının humanist siyasəti ölkədə siyasi fəaliyyətləri bəlli olmayan müxalifətçilər tərəfindən sevinclə qarşılanmayıb. Çünki onlar üçün hansısa məhbusun cəmiyyətə qaytarılması deyil, məhz özlərinin hədəflərində olan və dövlətin milli mənəvi dəyərlərinə qarşı çıxan insanların azadlığı lazımdır! Əfv fərmanı və buna münasibətlə bağlı politoloq Cümşüd Nuriyevin SəS TV-yə müsahibəsini təqdim edirik:
-Prezident İlham Əliyevin sərəncamı ilə növbəti əfv fərmanı imzalanıb və 92 məhbus azadlığa buraxılıb. Bu humanitar addımı necə qiymətləndirirsiniz?
-Əslində, islam dininə görə, əfv olunmaq çox gözəldir. İnsanlar günahlarına görə, əslində Allaha dua edirlər. Amma ölkə başçısı da xalqın təmsilçisi olduğundan ondan da əfv dilənməsi normal haldır. Bu addım dövlət başçısının təkcə humanistliyi ilə deyil, eyni zamanda onun insansevərliyi ilə də əlaqədardır. Bu, Azərbaycanın müstəqilliyi tarixində ən azı 20-ci əfv fərmanıdır. Çünki ümümmilli lider Heydər Əliyevin hakimiyyəti dövründə də çoxsaylı əfv fərmanları olub. Məlumdur ki, fərman qanun səviyyəsində olan hüquqi sənət, normativ aktdır. Əfv fərmanı həbs olunan cinayətkarların cəmiyyətə yenidən qazandırılması ilə yanaşı, Azərbaycan dövlətinin yürütdüyü humanizm siyasəti ilə də sıx bağlıdır.
-Cümşüd müəllim, müxalifət mətbuatı və onların böyük rəisləri əfv fərmanını yüksək qiymətləndirməkdənsə, Fərhad Əliyev və Əli İnsanov kimilərinin bu fərmana düşmədiyinə görə ictimai rəyi çaşdırmağa istiqamətlənmiş çağırışlar edirlər. Bu məsələyə münasibətiniz?
- Düzdür, mətbuatda bu siyahıda bir çox adamların da adlarının olmasının lazım olduğu fikirləri səsləndirilir. Əslində isə beynəlxalq hüquq müstəvisində də ictimaiyyətin təhlükəsizliyini pozmağa çalışan heç kəs cinayət məsuliyyətindən azad edilmir. Əgər dünyada bu günə qədər siyasi məhbus termini dəqiqləşdirilməyibsə bunu Azərbaycanda axtarmaq ən azı öz dövlətçiliyinə hörmətsizlikdir. Burda anlaşılan və eynizamanda anlaşılmayan bir məsələ var. Vaxtilə Əli İnsanov və Fərhad Əliyev haqqında ən çox tənqidlər yazan bu gün onları müdafiə edən müxalifət idi. Bu şəxslərin yürütdüyü iqtisadi və səhiyyə siyasətinə görə bugünkü müxalifət vaxtilə Azərbaycan iqtidarını təhqir edirdilər. İndi bu adamlar həbs olunduqdan sonra müxalifət onların carçısına çevrilib. Əslində burada əsas fikir odur ki, müxalifət istənilən formada iqtidarı tənqid etmək üçün yollar axtarır. Bu insanlar ictimaiyyətdə debatlara cəlb edilsə və onların əvvəlki fikirləri ilə bugünkü fikirləri qarşılaşdırılsa, bir müddət sonra "Azadlıq" qəzetində baş verən sərsəmləmələrə son qoyular.
-Cümşüd müəllim, ümumiyyətlə, Azərbaycanda sağlam müxalifət var sizcə?
-Azərbaycan parlamentində nisbətən müxalifətə meyl edən 2 partiya var ki, bunlar daha çox ağıllı fikirlər və təkliflər irəli sürməyi bacarırlar. Bunlardan biri Qüdrət Həsənquliyevin, biri də Fazil Mustafanın partiyasıdır. Amma İlyas İsmayılovun Ədalət partiyası o qədər də destruktiv partiya deyil. Sabir Hacıyevin partiyası isə ümumiyyətlə nə ilə məşğuldusa, bilinmir. Elə partiyalar da var ki, lazım olanda iqtidar, lazım olanda isə müxalifət yönümlü çıxışlar edirlər. Ona görə də Azərbaycanda sağlam müxalifət anlamı hələ tam formalaşmayıb. Ümumiyyətlə, partiya liderinin karizması necədirsə, partiyanın fəaliyyəti də elə olur!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB