Bayram günlərində tələbələrin və Bakıda işləyən rayon sakinlərinin tətildə öz bölgələrinə üz tutması rayonlararası nəqliyyat vasitələrində sıxlıq yaranır. Bu səbəbdən yeni ildə əhaliyə xidmət göstərən qurumlar gücləndirilmiş iş rejimində işləyəcək.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, dekabrın 29-30-da və yanvarın 2-3-də 668/667 saylı Bakı-Böyük Kəsik-Bakı və 616/615 saylı Bakı-Mingəçevir-Bakı "Ekspress", Bakı-Böyük Kəsik və Bakı-Mingəçevir qatarları xəttə buraxılacaq. Dekabrın 29-da və yanvarın 2-də 752/751 saylı Bakı-Tbilisi-Bakı turist qatarı təyin olunacaq: "Sərnişin sıxlığını qismən də olsa, aradan qaldırmaq üçün Sərnişin Daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək".
Bakı beynəlxalq avtovağzalı da bayram günlərində yarana biləcək problemlərin qarşısını almaq üçün dekabrın 28-dən yanvarın 6-na kimi gücləndirilmiş iş rejimində çalışacaq.
Bu məqsədlə xətlərə yeni avtobuslar buraxılacaq. Avtovağzaldan bildirildi ki, sərnişinlər biletləri əvvəlcədən kassadan alsınlar: "Kassada qiymət cədvəli asılıb. Baha qiymətə bilet alınmasın."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB