Elman Məmmədov: “Görünür, Fransa Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe tutmaq niyyətində deyil”
"Fransa Milli Assambleyasının qondarma "erməni soyqrımı\"nı inkar edənlərə qarşı cəza müəyyən edən qanunu qəbul etməsi heç bir məntiqə sığmır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov deyib.
Onun sözlərinə görə, bu sənəd Türkiyəyə qarşı çox haqsız bir addımdır. Belə ki, Fransa rəsmilərinin bu məsələyə haqq qazandırmaq cəhdləri də əbəsdir: "Bu hadisə bir daha göstərir ki, Fransa haqq və ədalət kimi dəyərləri ayaq altına atır. Tarixdə olmayan bir məsələni gündəmə gətirmək yalnız cılız maraqlara xidmət edir. Əgər Fransa ədalətlidirsə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqqında, eləcə də Xocalı soyqırımını tanımaq haqqında qərar qəbul etsin. Əks halda, bu dövlət Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmalıdır. Fransa Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe tutmaq niyyətində deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB