Prezident əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzaladı
Azərbaycan prezidenti İlham Əliyev əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb. SİA-nın məlumatına görə, aylıq sosial müavinətlərin məbləği 2011-ci il dekabrın 1-dən artırılaraq aşağıdakı kimi müəyyən edilib:
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 45 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 40 manat;
Bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:
- şəhid uşaqlarına - 15 manat;
- müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına - 10 manat.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB