Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 500 mini keçib

Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 500 mini keçib

Azərbaycan Türkiyəyə gedən turistlərin sayı 30 milyonu keçib. Bu barədə SİA-ya Türkiyə səfirliyindən məlumat verilib. Məlumata görə, 11 ayda Azərbaycandan Türkiyəyə gedən turist sayı yarım milyona çatıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə gedən turist sayı 539 678 nəfər olub. 2010-cu ilin eyni dönəmi ilə müqayisədə 21,17% artım olduğu müşahidə edilib. Keçən ilin 11 ayında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 445 383 nəfər olub. (Fərq +94 295 nəfər).

2011-ci ilin noyabr ayında Türkiyəyə gələn əcnəbi turistlərin sayı 1 596 295 nəfər olub, bu da keçən ilin eyni ayı ilə müqayisədə 7,06% artım deməkdir. 11 ay ərzində Türkiyəyə gələn 30.261.343 nəfər turistin 37,34%-i (10.347.283 nəfər) Antalya, 24,81%-i (7.507.799 nəfər) İstanbul, 10,15%-i (3.071.305 nəfər) Muğla, 8,35%-i (2.528.197 nəfər) Edirnə, 4,44%-i (1.342.577 nəfər) İzmir giriş qapılarından ölkəyə daxil olublar.

2003-cü ildə 13 milyon civarında turist qəbul edən Türkiyə, 2023-cü ildə 50 milyon turist qəbul etməyi və turizm sektorundan ildə 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Hədəfə çatmaq üçün Türkiyə, sadəcə, isti dəniz sahillərini əhatə edən yay turizmi ilə kifayətlənməyib, Hitit, Rum və Türk mədəniyyəti nümunələrinin iç-içə yer aldığı İç Anadolu və bənzərsiz qış turizmi təsislərinə sahib olan Şimal-şərqi Anadolunun turizm imkanlarından istifadə etmək üçün böyük layihələr həyata keçirməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə