Ermənistan prezidenti Serj Sarkisyan "qondarma" erməni soyqırımını inkar edənlərə cəza tətbiq edilməsi ilə bağlı Fransa senatında qəbul edilmiş qanun münasibətilə dünən Fransa prezidenti Nikola Sarkoziyə təşəkkür məktubu göndərib.
SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Sarkisyan məktubda Sarkozinin universal dəyərlərə sahib bir insan kimi bu qanunu qəbul etməklə ermənilərə olan sədaqətini bir daha sübut etdiyini bildirib: "Ermənistan Respublikasına etdiyiniz tarixi səfər və Yerevanda soyqırım qurbanlarını anma zamanı Fransa Meydanında ifadə etdiyiniz sözlərdən 2 ay sonra Fransa Milli Məclisi tərəfindən soyqırımı inkar edənlərə cəza tətbiq edilməsi ilə bağlı qanunun qabulu erməni-fransız dostluğuna sədaqətiniz, regionda ayrıseçkiliyin aradan qaldırılması və xalqların arasındakı əlaqənin bərpasının ən yaxşı sübutudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB