Prezident İlham Əliyev ad gününü Qarabağda – cəbhə bölgəsində keçirəcək
Prezident İlham Əliyev ad gününü Qarabağda - cəbhə bölgəsində keçirəcək. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Əli Həsənovun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində Prezidentin öz yubileyini təmtəraqlı şəkildə qeyd edəcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur: "Prezident İlham Əliyev bu gün Qarabağ bölgəsində keçirilən tədbirlərdə iştirak edir və orada da yalnız öz ailə üzvləri ilə ad gününü - yubileyini qeyd edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB