Belarus prezidenti İlham Əliyevi təltif edib

Belarus prezidenti İlham Əliyevi təltif edib

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edib. "Belta" agentliyinə istinadla verilən məlumata görə, təbrikdə Lukaşenko Azərbaycan-Belarus münasibətlərinin inkişafında həmkarının səylərini yüksək qiymətləndirib. O, iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.


Bundan əlavə, Belarus prezidenti İlham Əliyevi "Xalqlar Dostluğu" ordeni ilə təltif edib. Azərbaycanın dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlıq və dostluq münasibətlərinin qurulması, inkişafında şəxsi töhfələrinə görə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə