Abdullah Gül: \"Fransa ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır\"
\"Fransa ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, çünki ölkə öz neytrallığını itirib\". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Abdullah Gül rəsmi Parisin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması işinə ziyan vurur və Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti pisləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB