TQDK 5 il ərzində orta məktəb dərsliklərindəki səhvlərlə bağlı qeyd və təkliflərini nazirliyə göndərib

TQDK 2006-cı ildən başlayaraq 5 il ərzində orta məktəb dərsliklərindəki səhvlərlə bağlı qeyd və təkliflərini nazirliyə göndərib.SİA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib: "Orta məktəb dərsliklərində buraxılan səhvləri ictimai müzakirəyə çıxarmaq lazımdır. Çünki hər bir ailədə kimsə orta məktəbdə oxuyur. Bu hər bir ailəyə aid olan məsələdir". TQDK-də hər həftə bütün fənlər üzrə seminarlar keçirir. Bu müzakirələrə nədənsə diqqət yetirilmir. Amma həmin məsələləri mən dilimə gətirəndə buna siyasi don geyindirməyə çalışırlar və qısqanclıqla yanaşılar. Mən söz deyəndə mütəxəssislərin araşdırmalarına əsasən danışıram. Məqsədimiz imtahanda hansıda abituriyentin taleyinin səhvlərə qurban getməməsinə nail olmaqdır. Ona görə də bu səhvlər ictimaiyyətin müzakirəsinə çıxarılıb və çıxarılacaq".


Aynurə Asımqızı

Bütün xəbərlər Facebook səhifəmizdə