Aydın Ağayev: “Biz Azərbaycan olaraq İran-Ermənistan əlaqələrinin geniş şəkildə vüsət almasından narazıyıq” - AÇIQLAMA
Biz Azərbaycan olaraq İran-Ermənistan əlaqələrinin geniş şəkildə vüsət almasından narazıyıq. Bu narazılığımızı həmişə bildirmişik və bildirəcəyik. Bunu İran prezidenti Mahmud Əhmədnejadın sabah Ermənistan dövlətinə edəcəyi səfərə münasibət bildirərkən SəsTV-yə eksklüziv açıqlamsında Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev bildirib.
"Biz həmişə qonşuluq prinsiplərinə əməl etmişik. Digər tərəfdən isə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın ayaqda durması üçün hərbi, iqtisadi dəstəyin verilməsi işğalçı dövlətin öz mövqeyində qalmasına gətirib çıxarır. Bunu tək İrana şamil etmək olmaz, çünki Ermənistan dövləti müxtəlif yerlərdən də yardımlar almaqda davam edir. Biz heç bir dövlətin başqa bir dövlətlə qonşuluğuna, o cümlədən İran-Ermənistan əlaqələrinin əleyhinə deyilik. Bu iş elə bir formada aparılmalıdır ki, verilən bəyanatlarla, görülən konkret işlərlə üçüncü tərəf ziyan çəkməsin", - deyə politoloq bildirib.
A.Ağayev səfərdə müzakirə olunacaq məsələlərə gəlincə deyib ki, Ermənistanla-İran arasında həmişə iqtisadi məsələlər müzakirə olunub: \"Səfərdə əsas müzakirə mövzusu Ermənistanın İranla uzun illərdən bəri elan etdikləri dəmir yolu, enerji, su elektrik stansiyası ilə bağlı məsələlərin müzakirəsidir. Bu həmçinin ticari məsələlərə də aiddir. Çünki Ermənistanın buna çox böyük ehtiyacı var. Bütün bunlar olmaması Ermənistanın boğularaq məhv olması deməkdir", - deyə şöbə müdiri sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB