Cəbhə kəndində mülki vətəndaş yaralanıb

Cəbhənin Ağdam istiqamətində düşmənin atəşkəsi pozması nəticəsində 45 yaşlı qadın yaralanıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdamın düşmənlə üzbəüz mövqelərindən rayonun Mirəşəli kəndinə atılan atəş nəticəsində 1964-cü il təvəllüdlü kənd sakini Həsənova Elmira Mənsur qızı güllə yarası alıb. Yaralı qadın dərhal rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, yaralı hal-hazırda əməliyyat otağındadır.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə