Millət vəkili: \"Ailə Məcəlləsinə əlavə və dəyişikliklər üzərində iş aparılır\"
Ailə Məcəlləsinə əlavə və dəyişikliklər üzərində Sosial siyasət Komitəsində iş aparılır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Musa Quliyev deyib.
"Nigaha daxil olan şəxslərin icbari tibbi müayinə olunması, nigah müqavilələrinin icbari hala gətirilməsi, alimentlə bağlı məsələlərin, eləcə də doğuşa qədər və doğuşdan sonrakı hamiləlik müddətinin artırılması, uşağa baxarkən müavinətlərin artırılması Milli Məclisin gündəliyinə salınıb və müzakirə olunub", millət vəkili deyib.
M.Quliyev bunların bir hissəsinin Milli Məclisin yaz sessiyasında qəbul olunacağını bildirib.
İcbari tibbi sığortanın əldə edən vətəndaşların hansı hüquqi keyfiyyətlərə malik olacağına gəlincə millət vəkili bildirib ki, icbari tibbi sığorta haqqında bütün hüquqi məsələlər hazırlanıb və bunun geniş çəkildə tətbiqi lazımdır: \"Bununla bağlı hələlik hökumət tərəfindən heç bir açıqlama yoxdur. Biz bu məsələni həm büdcə müzakirəsində, həm də hökumətin hesabatında qaldırmışdıq. Bu il də 50 milyon manat vəsait ayrılıb, amma bu vəsait əhalinin tibbi icbari sığortası üçün yetərli deyil. Bu vəsait yalnız pilot rayonlar üçün qənaətbəxşdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB