Musa Quliyev: \"“Sosial sifarişlər haqqında qanun” çox mütərəqqi bir layihədir” - AÇIQLAMA
\"Sosial sifarişlər haqqında qanun\" çox mütərəqqi bir layihədir. SİA-nın xəbərinə görə, bunu bugün jurnalsitlərə açıqlamasında millət vəkili Musa Quliyev bildirib: "Bu ilk növbədə vətəndaş cəmiyyətinin formalaşamasına, inkişafına, Qeyri-Hökumət Təşkilatları (QHT) ilə hökumət strukturları arasında əlaqələrin artmasına, yerli özünüidarəetmə orqanlarının inkişafına çox stimul verə biləcək bir layihədir. Belə qanunların qəbul olunması dövlətin sosial-iqtisadi yükünü azaldır və bu yükün QHT arasında paylanmasına gətirib çıxarır. Biz artıq bununla 4-cü layihənin ictimai müzakirəsini keçirdik. Bunların hər birinin yaz sessiyasından başlayaraq Milli Məclisdə müzakirə olunması günün tələbinə uyğundur", – deyə Musa Quliyev sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB