Duşan Petroviç: “Serbiyanın Demokratik Partiyası ilə YAP arasında imzalanan sənəd gələcəkdə ölkələrimiz arasındakı münasibətlər üçün böyük perspektivlər açacaq”
"Bu gün Serbiyanın Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması çox böyük və əlamətdar hadisədir". Bunu SİA-ya açıqlamasında Serbiyanın Demokratik Partiyasının sədr müavini, Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərüfatı naziri Duşan Petroviç deyib.
Duşan Petroviç bildirib ki, hər iki partiya öz ölkələrində aparıcı və iqtidarda olan partiyalardır. Onun sözlərinə görə, bu sənədin imzalanması təkcə iki partiya arasında deyil, həmçinin, gələcəkdə iki ölkə arasında böyük bir perspektivlər açacaq.
"Son iki ildə dövlətlərimizin əlaqələrində böyük inkişaf müşahidə olunur. Ötən il Serbiyanın Prezidenti, Demokratik Partiyanın sədri Azərbaycanı ziyarət etdi. Eyni zamanda, bir neçə ay əvvəl Prezident İlham Əliyev də ölkəmizdə səfərdə oldu. Düşünürəm ki, bu səfərlər əməkdaşlığımızın təməlini qoymaqla yanaşı, gələcəkdə əlaqələrimizin inkişafında da çox böyük rol oynayacaq. Məlumdur ki, Yeni Azərbaycan Partiyasının Avropanın müxtəlif partiyaları ilə də çox gözəl əlaqələri var. Eyni zamanda Serbiyanın Demokratik Partiyası da başqa partiyaların yaxın əməkdaşıdır.
Qeyd edim ki, bu sənədin imzalanması təkcə siyasi və ideoloji birləşmə deyil. Məsələyə başqa tərəfdən baxdıqda, bunu dövlətlərin və dostluğumuzun birləşməsi kimi qiymətləndirə bilərik. Mən hesab edirəm ki, bizim gələcək üçün çox böyük perspektivlərimiz var. Əminəm ki, gələcək 10 ildə ölkələrimiz çox böyük nailiyyətlər əldə edəcəklər. Əlbəttə ki, bütün bunlar bizim işbirliyimiz əsasında olacaq"- deyə Duşan Petroviç vurğulayıb.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB