BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri dekabrın 21-də Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyindən SİA-ya verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 3 "Qızıl Xaç" məktubu verilib, 6 "Qızıl Xaç" məktubu alınıb.
Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə