Paytaxt dumana bürünəcək

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Milli Hidrometroloji proqnozlar bürosundan SİA-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 0-5 dərəcə şaxta olacağı gözlənilir. Hava şəraitinin qısa icmalı: yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bəzi yerlərdə duman, səhər saatlarında az çiskinli olacağı gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə