Azərbaycan Prezidenti Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun merini qəbul edib

Azərbaycan Prezidenti Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun merini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati ilə görüşüblər.

SİA-nın verdiyi məlumata görə, dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin geniş sahələri əhatə etdiyini bildirib. Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev fransalı nazirlərin və iş adamlarının da mütəmadi olaraq ölkəmizə səfərlər etdiklərini vurğulayıb.

İqtisadi sahədə əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın ilk telekommunikasiya peykinin Fransa şirkəti tərəfindən səmaya qaldırılacağını qeyd edərək Fransa şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiklərini deyib. Mədəniyyət sahəsində də əməkdaşlığın son vaxtlar sürətlə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu baxımdan Heydər Əliyev Fondunun Parisdə keçirdiyi tədbirlərin önəmini vurğulayıb. Bir neçə ildən sonra Bakıda fransız məktəbinin fəaliyyət göstərəcəyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında bütün sahələrdə yaxşı nəticələr əldə olunduğunu deyib.


Avropa Parlamentinin deputatı, Parisin 7-ci rayonunun meri xanım Rəşidə Dati Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə Parisdə keçirdiyi görüşü məmnunluqla xatırladıb. Azərbaycan mədəniyyət günlərinin Parisdə böyük uğurla keçirildiyini vurğulayan xanım Rəşidə Dati mədəniyyətimizin təbliği baxımından tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə