Avropa parlamentinin deputatı: \"Avropa Azərbaycanı özünə müttəfiq ölkə sayır\"
"Azərbaycan müasirliyi, dünyəviliyi və dünya dinlərinə hörmət etməyi bir araya gətirdi. Siz sübut etdiniz ki, mütləq özünəməxsusluq müasirləşmə prosesi ilə yan-yana gedə bilər. Azərbaycan nümunəsində göstərir ki, İslam dini mühüm dindir". SİA-nın xəbərinə görə, bunu Parisin 7-ci rayonun meri, Avropa parlamentinin deputatı Raşida Dati deyib.
Onun sözlərinə görə, son 20 il ərzində Azərbaycan sabitlik və müasirləşmə rəmzinə çevrilib: "Azərbayca güclü ölkədir, çünki ənənələrinə sadiqdir və bununla fərəhlənir. Bu ölkə iqtisadi və sosial baxımdan çiçəklənir və ölkə təbii resurslarını ən münasib formada istifadə edir. Azərbaycan iqtisadi şaxələndirmə prosesinə başlayıb və çoxsaylı azərbaycanlının həyatı yaxşılaşır. İndi Avropa Azərbaycanı özünə müttəfiq ölkə sayır. Azərbaycan və Avropa arasında əməkdaşlıq genişlənir".
O, qeyd edib ki, Avropa, o cümlədən Azərbaycan ərəb ölkələrində sadiqlik və müasirləşmə prosesində mühüm rol oynamalıdır: "İlin əvvəlindəki ümidlər bir çox hallarda ilin sonunda qeyri-adiliyə çevrildi. Biz bunu Misir, Liviya və Suriyada görürük. "Ərəb baharı" dünyadakı tarazlığı xeyli dəyişdi. Ərəb ölkələrinin xalqları nümayiş etdirdilər ki, onlar Qərb ölkələri kimi böyük iqtisadi və sosial rifah arzulayırlar".
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB