Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri başa çatıb
Rusiyanın paytaxtı Moskvada, Böyük Kreml sarayında MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

SIA-nın verdiyi məlumata görə, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclasda iştirak etdiklərinə görə Birliyin üzvü olan ölkələrin dövlət başçılarına təşəkkürünü bildirib.

Sonra Birliyin sədri, Tacikistan prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham Əliyev və MDB-nin üzvü olan digər ölkələrin dövlət başçıları çıxış ediblər. İclasın yekunlarına dair Birgə Bəyanat qəbul olunub.

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. İlham Əliyev həmin gün axşam Bakıya qayıdıb.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə