Əli Həsənov: \"Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır\" - MÜNASİBƏT

Əli Həsənov: \"Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır\" - MÜNASİBƏT

\"Azərbaycanın bəzi müxalifət qüvvələri xalqın iradəsinə söykənmək deyil, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub\". SİA-nın verdiyi xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.


"Biz bunu son 3 ildə Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə yaşanan proseslərdən sonra Azərbaycan müxalifətinin hərəkətlərində hiss edirik. Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır\".


PA rəsmisi əlavə edib: "Əgər bu iradəyə cavab vermirlərsə, onların istənilən arzusu, istənilən planları məhvə məhkumdur. Ona görə də biz heç zaman Azərbaycanın xaricində baş verən hadisələrlə Azərbaycanın daxilindəki prosesləri eyniləşdirmirik. Onlar arasında əlaqə axtarmırıq, çünki heç bir əlaqə yoxdur. Məsələn, Qazaxıstanda hansısa kiçik bir münaqişənin olmasının, yaxud da Rusiyada daxili ictimai-siyasi proseslərdə yaşanan hansısa halların Azərbaycana nə aidiyyatı var?".


Onun sözlərinə görə, hər bir ölkənin öz daxili tənzimləmə mexanizmi var və bu hakimiyyət-xalq münasibətidir: "Əgər xalqın iradəsinə söykənən hakimiyyət onun ictimai, iqtisadi ehtiyacını, istək və arzularını ifadə edirsə, o hakimiyyət möhkəmdir, sabitdir. Belə cəmiyyətdə kiminsə araqarışdırma cəhdləri məhvə məhkumdur. Bu gün Azərbaycanda iqtidarla xalq arasında yekdillik var. Azərbaycan iqtidarı Azərbaycan xalqının iradəsinə söykənir".


Bütün xəbərlər Facebook səhifəmizdə