Azərbaycan XİN Aİ tərəfindən danışıqlar üzrə mandatın verilməsi haqqında məlumatı təsdiqləyib
\"Biz Avropa İttifaqı ilə readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə saziş üzərində işləməyə hazırıq\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib. O,qeyd edib ki, readmissiya dövlətin başqa ölkələrdə qeyri-leqal miqrant qismində olan vətəndaşlarını (bəzi hallarda eləcə də əvvəllər bu dövlətdə yaşamış və ya yaşayan əcnəbi vətəndaşların) qaytarmasını nəzərdə tutur.
Xatırladaq ki, Avropa İttifaqı Azərbaycanla readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə danışıqların başlanmasına mandat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB