ATƏT-in Minsk Qrupunu tənqid etmək lazım deyil. Biz tərəflərə həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində görüşmək və bütün məsələləri müzakirə etmək üçün çox aktiv işləmişik. 2007-ci ilin sonlarında biz baza prinsiplərini təqdim etdik, daha sonra bu prinsiplərin yenilənmiş variantını təklif elədik. O vaxtdan bu prinsiplər ətrafında çoxlu diskussiyalar aparılıb. Təəssüf ki, Kazan görüşünə kimi mövcud olan ümidlər özünü doğrultmadı". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasyenin səlahiyyət müddəti başa çatması münasibəti ilə, Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Bernar Fasye bildirib ki, vasitəçilik çətin missiyadır, çünki vasitəçilər eyni zamanda hər tərəfdən zərbə alırlar: "Belə münaqişələri həlli çox mürəkkəb işdir və danışıqlar prosesində iştirak edən bütün şəxslərdən bütün aspektlər üzrə razılıq almaq çox çətindir. Amma hər halda ümidləri itirmək olmaz. Tərəqqi əldə olunacağına hələ ümid var. Məsələn, mən vəzifəmə başlayana kimi beynəlxalq biliyin üzvlərindən heç kim Qarabağ ətrafında işğal olunmuş ərazilərə baş çəkə bilmirdi, amma indi bu mümkündür və indiyə kimi iki belə missiya həyata keçirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB