Azərbaycan prezidenti İlham Əliyev Dmitri Medvedevə başsağlığı məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Dmitri Medvedevə başsağlığı məktubu göndərib

Azərbaycan dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: ""Kolskaya" qazma qurğusunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına başsağlığımı qəbul edin, zərərçəkənlərin hamısının halına ürəkdən acıdığımı bildirirəm".

Qeyd edək ki, "Kolskaya" qazma qurğusunun dekabrın 18-də Oxot dənizində qəzaya uğraması nəticəsində qurğuda olan 67 nəfərdən yalnız 14-nü xilas etmək mümkün olub. Sudan 14 meyit çıxarılıb, qalanları isə itkin düşmüş sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə