Azərbaycanın ABŞ-dakı səfirliyi New York Times qəzetində etiraz məktubu dərc etdirib

Azərbaycanın ABŞ-dakı səfirliyi New York Times qəzetində etiraz məktubu dərc etdirib

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı New York Times qəzetinin bu yaxınlarda dərc etdiyi "The National Womb" qərəzli məqaləsinə Azərbaycanın ABŞ-dakı səfirliyi müşaviri Nəsimi Ağayevin etiraz məktubu New York Times qəzetində nəşr olunub.

Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, etiraz məktubunda Dağlıq Qarabağın hər hansı \"mübahisəli ərazi\" və ya \"respublika\" olmadığı, Ermənistan tərəfindən işğal edildiyi və beynəlxalq birlik tərəfindən bu bölgənin Azərbaycanın tərkib hissəsi kimi tanındığı bildirilib. Həmçinin, bu işğal faktının və işğal olunmuş ərazilərdən 750 min Azərbaycan vətəndaşının didərgin salınması faktının hamıya məlum olduğu və bunların BMT Təhlükəsizlik Şurası tərəfindən pislənildiyi qeyd olunur.

Sonda müəllif \"New York Times\" qəzetinin sözügedən qərəzli məqaləsində qeyd olunmuş, işğal altında olan Dağlıq Qarabağ bölgəsində həyata keçirilən "uşaq doğumunun həvəsləndirilməsi proqramı"na toxunaraq, bu bölgədə doğulan uşaqların təhlükəsiz və firavan gələcəyinin təmin olunmasının ən yaxşı yolunun bölgənin demoqrafiyasını süni şəkildə dəyişməkdən deyil, Ermənistan-Azərbaycan münaqişəsinin həllindən keçdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə