Rafiq Tağının ölümü ilə bağlı cinayət işi üzrə əməliyyat müşavirəsi keçirilib

Rafiq Tağının ölümü ilə bağlı cinayət işi üzrə əməliyyat müşavirəsi keçirilib

Yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı cinayət işi üzrə əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun SİA-ya verdiyi məlumata görə, Tağıyev Rafiq Nəzir oğlunun yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə ötən gün Baş prokurorun 1-ci müavini Rüstəm Usubov və daxili işlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupunun hesabatı dinlənilib.

Müşavirədə istintaq-əməliyyat qrupunun üzvlərinə cinayəti törətmiş şəxsin tutularaq məsuliyyətə cəlb olunması məqsədi ilə müəyyən edilmiş istintaq fərziyyələri üzrə zəruri olan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün konkret tapşırıq və tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə