Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icmasının növbəti görüşü gələn ilin əvvəlinə nəzərdə tutulub
"Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icmasının növbəti görüşü gələn il yanvarın sonları - fevralın əvvəllərində Rusiyanın paytaxtı Moskvada keçirilməsi nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Rövşən Rzayev deyib. Onun sözlərinə görə, icma görüşün baş tutması üçün lazımi əlaqələrdən istifadə edir.
Həmçinin millət vəkili bildirib ki, "Dağlıq Qarabağın azərbaycanlı icması erməni icmasını birbaşa dialoqa dəvət edir. Tam dəqiq tarix bəlli deyil. Çünki noyabrın axırında görüş nəzərdə tutulmuşdu. Rusiyada seçkilər olduğuna görə düşündük ki, fevral ayında etsək, daha uyğun olar. Noyabrda Berlində görüş keçirdik. Təəssüflər olsun ki, Dağlıq Qarabağın erməni icmasının üzvləri dialoqdan qaçdılar, gəlmədilər. Almaniyada oxuyan erməni tələbələr gəlmişdilər, görüşümüz çox maraqlı keçdi".
Millət vəkili həmçinin vurğulayıb ki, icmalar arasında görüşləri Avropanın digər ölkələrində, həm Amerikada, Argentina və digər Latın ölkələrində keçirilməsinə nail olmağa çalışacaqlar.
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB