Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dekabrın 13-də Parisdə keçirilmiş büro iclasında qış sessiyasının gündəliyi təsdiq edilib. SİA-nın məlumatına görə, gündəliyə əsasən, yanvarın 23-dən 27-dək keçiriləcək sessiyanın ilk günü AŞPA-nın yeni sədri və onun müavinlərinin seçkisi ilə başlayacaq, qurumun bürosunun və daimi komitənin hesabatları dinləniləcəkdir. Yanvarın 24-də Avropa Şurası (AŞ) insan hüquqları komissarının seçkisi keçiriləcək, Bosniya-Hersoqovinyada demokratik təsisatların fəaliyyəti, mədəni həyatda hər kəsin iştirak hüququ, insan hüquqları üzrə Avropa Konvensiyasının səmərəliliyini və nüfuzunu qorumaq məsələləri müzakirə olunacaq, Avropa Şurasının baş katibi deputatlar qarşısında çıxış edəcəkdir. Yanvarın 25-də Belarusda vəziyyət, AŞ İnsan hüquqları üzrə komissarın illik fəaliyyəti, Serbiyanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinin vəziyyəti ətrafında fikir mübadiləsi aparılacaqdır. Sonrakı iki gün ərzində Ukraynada demokratik təsisatların fəaliyyəti, dünyada qadınların hüquqlarının inkişaf etdirilməsi, ailədə qadınların hüquqlarının pozulmasına qarşı mübarizə ilə bağlı AŞ Konvensiyası, əhalinin yerdəyişməsi: insan haqlarının pozulması, Avropada demoqrafik vəziyyət və digər məsələlər barədə müzakirələr aparılacaqdır. Sessiyanın gedişi müddətində Finlandiyanın Prezidenti xanım Tarji Haloninin, UNESCO-nun baş direktoru İrina Bokovanın, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin və başqa rəsmilərin avropalı deputatlar qarşısında çıxışları da nəzərdə tutulub. Qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi daxil edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB