Ankarada TürkPA-nın Hüquqi məsələlər komissiyasının iclası keçiriləcək

Ankarada TürkPA-nın Hüquqi məsələlər komissiyasının iclası keçiriləcək

Milli Məclisin deputatları Çingiz Qənizadə və İqbal Ağazadə dekabrın 18-dən 21-dək TürkPA-nın Hüquqi məsələlər komissiyasının iclasında iştirak etmək üçün Ankarada səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasın gündəliyinə quruma üzv olan dövlətlərdə parlamentlərinin və millət vəkillərinin konstitusiya sistemində rolu, funksiyası, hüquqi qanunvericilik bazasının inkişafı, bu sahədə təcrübə mübadiləsi məsələləri daxil edilib.

Toplantıda deputatlarımız Azərbaycan parlamentinin əldə etdiyi uğurlar barədə danışacaq, müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə