Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının 8-ci konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda öncə söz alan YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev YAP-ın 19 il ərzində keçdiyi zəngin və şərəfli yola nəzər salıb. Hesabat xarakterli çıxışında T. Tağıyev Nərimanov rayon təşkilatının gördüyü işlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb. Təşkilat sədri bildirib ki, YAP-ın Nərimanov rayonu təşkilatı ölkənin ictimai-siyasi həyatında baş verən bütün proseslərdə hər zaman fəal iştirak edir və gələcəkdə də fəal olacaq.
Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova isə YAP-nın fəaliyyətində qadınların rolunun yüksək olduğunu bildirib: "YAP möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil olub. Xalqımızın Heydər Əliyev şəxsiyyəti və onun yaratdığı partiyanın ətrafında sıx birləşməsi dövrün məntiqi reallığıdır. Bu gün YAP-nın üzvlərinin sayı respublikada fəaliyyət göstərən 40-dan artıq siyasi partiyanın üzvlərindən çoxdur. Fərəhli haldır ki, 1992-ci ildə yaradılarkən sıralarında 7250 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyası bu gün xalqın ən mətin, monolit birliyə malik olan siyasi qüvvəsidir. İndi onun sıralarında 560 mindən artıq alim, ziyalı, zəhmətkeş insan var. Yeni Azərbaycan Partiyasının üzvlərinin 55 faizini isə qadınlar təşkil edir".
YAP-ın sədr müavini Əli Əhmədov isə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə yaradılan partiyanın bu illər ərzində qazandığı uğurlardan danışıb. Ə. Əhmədov bildirib ki, Azərbaycan gəncliyi ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. \"YAP-ın Nərimanov rayon təşkilatında da İlham Əliyev siyasətinin uğurlu nəticələri öz əksini tapıb. Bu təşkilatın sonrakı fəaliyyəti də bu istiqamətdə davam etdirilməli, partiyamızın bundan sonrakı inkişafına və bu siyasətin mahiyyətinin ölkə vətəndaşlarını çatdırılmasına çalışmalıyıq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB