Bu gün azərbaycanlı iş adamı Mübariz Mənsimov və türkiyəli media maqnatı Aydın Doğan görüşəcəklər. Tərəflər Aydın Doğanın sahibi olduğu "Kanal D" telekanalının alqı-satqı məsələsini müzakirə edəcəklər. Qeyd edək ki, həmyerlimizdən başqa "Beşiktaş" klubunun prezidenti Yıldırım Dəmirörən və tanınmış iş adamı Hüsnü Özyeğin də kanalı almaq fikrinə düşüblər. Lakin "Kanal D"ni almağa ən yaxın şəxs kimi azərbaycanlı işadamı göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB